Azərbaycanla Küveyt hava əlaqəsi haqqında hökumətlərarası saziş imzalayıb

Azərbaycanla Küveyt hava əlaqəsi haqqında hökumətlərarası saziş imzalayıb
# 16 noyabr 2016 12:20 (UTC +04:00)

Bu gün Azərbaycan və Küveyt arasında hava əlaqəsi haqqında hökumətlərarası saziş imzalanıb.


"Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) "APA-Economics"ə verilən məlumata görə, qeyd olunan sazişin imzalanması nəticəsində ölkələr arasında hava əlaqəsinin açılması üçün maneələr aradan qaldırılıb ki, bu da Azərbaycan və Küveyt arasında ikitərəfli iqtisadi və mədəni əlaqələrin daha da inkişaf etməsinə təkan verəcək.

Xüsusilə, AZAL və yükdaşıma sahəsində fəaliyyət göstərən milli şirkətlər Küveytin şəhərlərinə birbaşa reyslərin açılması imkanlarını araşdırırlar. Eyni zamanda, Küveytin "Əl-Cəzirə" aviaşirkəti ölkəmizə birbaşa reyslər açmaq niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR