Çində yaşayış evində partlayış olub, 9 nəfər ölüb

Çində yaşayış evində partlayış olub, 9 nəfər ölüb
# 02 aprel 2017 15:55 (UTC +04:00)

Çinin Şansi əyalətində yaşayış evində partlayış nəticəsində 9 nəfər ölüb, 6 nəfər yaralanıb.

APA-nın “Sinxua’ agentliyinə istinadən verdiyi məlumata görə, hadisə dünən yerli vaxtla saat 22.30 radələrində Linfen şəhərində baş verib.

İstintaqın ilkin ehtimalına görə partlayışa səbəb evdə qanunsuz saxlanılan partlayıcı maddə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR