Sergey Lavrov: “Ümid edirik ki, Bağdadla İraq Kürdüstanı arasında müharibə olmayacaq”

Sergey Lavrov: “Ümid edirik ki, Bağdadla İraq Kürdüstanı arasında müharibə olmayacaq”
# 23 oktyabr 2017 13:20 (UTC +04:00)

“Moskva Bağdadla İraq Kürdüstanı arasında müharibə olmayacağına ümid edir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iraqlı həmkarı İbrahim əl-Cəfəri ilə keçirilən görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

S. Lavrov Rusiyanın rəsmi Bağdad və Ərbilə İraq Kürdüstanı ətrafında vəziyyətin nizamlanmasına dair planlarını təklif etməyəcəyini deyib: "Hesab edirəm ki, planda tərəflər özləri birbaşa dialoqa getməyə, yoxsa onlara hansısa vasitəçinin olmasına qərar verməlidir".

Nazir bildirib ki, İraq hökuməti Moskvadan Rusiyanın Kürdüstandakı Baş Konsulluğunun bağlanmasını xahiş etməyib: "Bu gün “Euronews”-dakı reportajı gördüm. Özlərini Avropada dünyada ən obyektiv kanal adlandıran “Euronews”-da Rusiyanın Bağdadın Ərbildəki Baş Konsulluğu bağlanması tələbini rədd etdiyi bildirilib. İraqlı həmkarımla danışıqlar zamanı bu məsələ ilə maraqlandıq. İraqın xarici işlər naziri əmin etdi ki, obyektiv kanal olan “Euronews” kiminsə təxribatına gedərək, efirə açıq dezinformasiya buraxıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR