Psixi Sağlamlıq Mərkəzinin şöbə müdiri: “Çox güman ki, Dəyanət Rzayev böhran durumunda olub”

Psixi Sağlamlıq Mərkəzinin şöbə müdiri: “Çox güman ki, Dəyanət Rzayev böhran durumunda olub”
# 26 yanvar 2017 08:53 (UTC +04:00)

“Həyatda heç kim intihardan sığortalanmayıb. İstər psixoloq olsun, istərsə də psixiatr, hər kəsin müəyyən problemləri, sıxıntıları olur. Bu fakt bir daha izah edir ki, psixiatr, psixoloq da intihardan sığortalanmayıb və demək olmaz ki, onlar intihar edə bilməz”.

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin Təcili psixoloji yardım şöbəsinin müdiri, psixiatr Kəmalə Talıbova deyib.

K. Talıbova qeyd edib ki, intihar böhran vəziyyətində edilən bir davranışdır: “Çox güman ki, psixoloq Dəyanət Rzayev də intihar edən hər bir şəxs kimi böhran durumunda olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR