Vyanada İran və “altılıq” ölkələrinin birgə komissiyasının iclası keçiriləcək

Vyanada İran və “altılıq” ölkələrinin birgə komissiyasının iclası keçiriləcək
# 07 mart 2018 18:16 (UTC +04:00)

Martın 16-da Avstriyanın paytaxtı Vyanada İran və “altılıq” ölkələrinin birgə komissiyasının iclası keçiriləcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, iclasın müzakirə mövzusu açıqlanmır.

İranın nüvə proqramına dair birgə komissiyanın iclasları mütəmadi olaraq Vyanada keçirilir. Görüşlərdə İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planının yerinə yetirilməsi müzakirə olunur.

İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və “altılıq ölkələri”; - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir. 2017-ci ildə ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni strategiyanı elan edib. D.Tramp İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib. ABŞ prezidenti bildirib ki, Ağ Ev razılaşmada yer alan nöqsanları aradan qaldırmaq üçün Konqreslə birlikdə çalışacaq. Bununla belə, Tramp gələcəkdə razılaşmanın pozulmasını istisna etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR