“Azəristiliktəchizat”ın yığımının az olmasının səbəbləri açıqlanıb

“Azəristiliktəchizat”ın yığımının az olmasının səbəbləri açıqlanıb
# 07 mart 2018 11:30 (UTC +04:00)

2017-ci il ərzində “Azəristiliktəchizat” ASC-yə məxsus qazanxanalarda 1 mln. 360 min 139 Qkal istilik enerjisi istehsal edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 45 min 774 Qkal və ya 3,2% azdır.

"APA-Economics"in məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Hesabatda qeyd olunub ki, topdansatış qaydası ilə “Azərenerji” ASC-nin İstilik Elektrik Mərkəzindən 129 min 654 Qkal istilik alınıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2953 Qkal və ya 2,3% çoxdur.

Sənəddə vurğulanıb ki, 2017-ci ildə istehlakçı qrupları üzrə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilən xidmətlərin dəyəri 1 mln. 739,9 min manat və ya 13,6% artaraq 14 mln. 527,9 min manata çatıb: "Hesabat dövründə “Azəristiliktəchizat”a ödəniş 12 milyon 102,2 min manat və ya 83,3 faiz olub ki, bu da əvvəlki illə müqayisədə 553,7 min manat və ya 4,4 faiz azdır. İstilik haqlarının yığım səviyyəsi büdcədən maliyyələşən təşkilatlar üzrə 99,1 faiz, digər müəssisə və təşkilatlar üzrə 78,4 faiz, əhali qrupu üzrə 61,4 faiz olub və istilik haqlarının yığılmasında ən ciddi problem qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları şəhərciklərdə istifadə edilən istilik və isti su xidmətlərinin dəyərinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən ödənilməməsi ilə bağlı olub. Belə ki, hesabat ilində 2 milyon 59,7 min manat dəyərində xidmətə qarşı cəmi 425,7 min manat və ya 20,7% ödəniş edilib".

Hesabata əsasən, ötən il 38 mln. 371,5 min manat dəyərində təbii qaz, 4 mln. 792,31 min manat dəyərində elektrik enerjisi, 1 mln. 55,4 min manat dəyərində su alınıb, təbii qaza görə 18 mln. 571 min manat və ya 48,4%, elektrik enerjisinə 5 mln. 186,1 min manat və ya 108,2%, suya görə isə 955,4 min manat və ya 90,5% ödəniş olub: "Azərenerji" ASC-dən topdan satış qaydası ilə 488,3 min manat dəyərində istilik enerjisi alınıb, 548,8 min manat və ya 112,4% ödəniş aparılıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR