Rusiyada fırıldaqçılıqda şübhəli bilinən vitse-qubernator saxlanılıb

Rusiyada fırıldaqçılıqda şübhəli bilinən vitse-qubernator saxlanılıb
# 21 dekabr 2016 04:00 (UTC +04:00)

Rusiyanın Primorsk diyarının vitse-qubernatoru Sergey Sidorenko saxlanılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, S.Sidorenko mütəşəkkil qrup tərəfindən törədilən xüsusi iri həcmdə fırıldaqçılıqla bağlı cinayət işi üzrə şübhəli şəxs qismində istintaqa cəlb olunub.

Bundan əvvəl məhkəmə bundan əvvəl Sidorenko barəsində iki aylıq ev dustaqlığı qətimkan tədbiri seçmişdi.

Ötən gün yoxlamalar həmçinin onun qardaşı sahibkar Vladimir Sidorenkonun obyektlərində keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR