"PAŞA Bank" manatla istiqraz buraxılışının təxirə salınmasının səbəblərini açıqlayıb

"PAŞA Bank" manatla istiqraz buraxılışının təxirə salınmasının səbəblərini açıqlayıb
# 17 oktyabr 2017 10:39 (UTC +04:00)

"PAŞA Bank" ASC manatla istiqraz buraxılışının müvəqqəti olaraq təxirə salınmasının səbəblərini açıqlayıb.

"APA-Economics"in məlumatına görə, "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri Taleh Kazımov deyib ki, ilin əvvəlindən banklarda manatla likvidlik artdığından milli valyutada istiqraz buraxılışı müvəqqəti olaraq dayandırılıb.

"Sözsüz ki, bankda tələbat artanda biz bu buraxılışı həyata keçirəcəyik", - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR