Ziyafət Əsgərov: “Azərbaycan iqtisadi böhranın baş verdiyi bir şəraitdə də iqtisadiyyatını inkişaf etdirə bilib”

Ziyafət Əsgərov: “Azərbaycan iqtisadi böhranın baş verdiyi bir şəraitdə də iqtisadiyyatını inkişaf etdirə bilib”
# 24 noyabr 2016 13:35 (UTC +04:00)

Milli Məclisin binasında “Türkdilli Ölkələrin Parlament Assambleyasına üzv ölkələr son 25 ildə” adlı konfrans keçirilib.

APA-nın məlumatına görə, konfrans Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) Ətraf mühit və təbii ehtiyatlar komissiyası və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təşkil olunub.


Konfransda Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, TürkPA-nın digər üzv ölkələrinin – Türkiyənin, Qazaxıstanın və Qırğızıstanın deputatları, səfirləri iştirak ediblər. Z. Əsgərov çıxışında bildirib ki, bu gün Azərbaycan dünyada uğurlu inkişaf yolu ilə gedən ölkə kimi tanınır. O deyib ki, Azərbaycan son dövrlər iqtisadi böhranın baş verdiyi bir şəraitdə də iqtisadiyyatını inkişaf etdirə bilib.

Azərbaycanın dinlərarası münasibətlərdə dünya ölkələrinə nümunə kimi göstərildiyini söyləyən Z. Əsgərov qeyd edib ki, bu gün Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilib: “Hazırda Azərbaycanda vətəndaş və insan haqlarının qorunması istiqamətində mühüm addımlar atılır”.

Z. Əsgərov Azərbaycanın müstəqilliyinin ilk illərində çətin dövr yaşadığını xatırladıb: “Azərbaycan xalqı çətin sınaqlarla üzləşməklə yanaşı, parçalanmaq təhlükəsini yaşadı. Ölkəmizin müstəqilliyi ulu öndərin hakimiyyətə qayıdışı ilə qorunub saxlanıldı”.

TürkPA Ətraf mühit və təbii ehtiyatlar komissiyasının sədri Əhliman Əmiraslanov da çıxışında bildirib ki, müstəqilliyin ilk illərində Azərbaycan faktiki olaraq yox olmaq təhlükəsi ilə üz-üzə qalıb: “O vaxt ulu öndər Heydər Əliyev olmasaydı, indi Azərbaycan adlı dövlət olmayacaqdı”.

Konfrans davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR