Goranboyda minik avtomobili ilə yük maşını toqquşub, ölən var

Goranboyda minik avtomobili ilə yük maşını toqquşub, ölən var
# 10 avqust 2017 06:10 (UTC +04:00)

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Goranboy rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı minik avtomobilinin “KamAZ” markalı yük avtomobili ilə toqquşması nəticəsində minik maşınının sürücüsü Şəmkir rayon sakini, 1981-ci il təvəllüdlü Elçin Həsənov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı BDYPİ tərəfindən hadisə yerində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR