ABB Naxçıvan filialını yeniləyib

ABB Naxçıvan filialını yeniləyib
# 24 may 2024 16:11 (UTC +04:00)

ABB böyük iqtisadi potensiala malik Naxçıvan Muxtar Respublikasında da fəaliyyətini genişləndirir və müştərilərə xidmətin keyfiyyətini artırır. Bankın filiallarının transformasiyası layihəsi çərçivəsində ABB-nin Naxçıvan şəhərindəki filialı da yenilənib. Filial şəhərin mərkəzində - Heydər Əliyev prospekti 13A ünvanında yerləşən yeni binasında xidmətə başlayıb.

ABB-nin yeni brend kimliyinə, müasir inkişaf konseptinə uyğunlaşdırılmış binada bizneslərin, eləcə də fərdi müştərilərin universal maliyyə xidmətlərinə olan ehtiyaclarının təmin edilməsi üçün hər cür şərait yaradılıb.

Müştərilər ABB-nin Naxçıvan filialında müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər.

ABB-nin İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev bildirib ki, Bankın Naxçıvan filialı regiondakı cari fəaliyyəti ilə yanaşı, bank sektorunun regional inkişafına da öz töhfəsini verməkdə davam edəcək: "ABB olaraq qabaqcıl təcrübə və imkanlarımızdan istifadə edərək bundan sonra da əhaliyə rahat, əlçatan və keyfiyyətli xidmət göstərəcək, regionda bizneslərin inkişafını dəstəkləyəcəyik”.

Filialın açılışında Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin rəhbərliyi də iştirak edib.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR