Sumqayıtda 83 yaşlı qadının meyiti aşkarlanıb.
APA xəbər verir ki, hadisə şəhərin 3-cü mikrorayonunda qeydə alınıb.
1941-ci il təvəllüdlü Abdullayeva Pərizat Qədir qızının üzərində zorakılıq əlamətləri olmayan meyiti yaşadığı ünvanda aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
***
11:29
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
APA FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.