Azərbaycanda bir neçə nəfərdən silah götürülüb

Azərbaycanda bir neçə nəfərdən silah götürülüb
# 15 aprel 2017 09:39 (UTC +04:00)

Azərbaycanda bir neçə nəfərdən silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, daxil olan məlumat əsasında Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı Dəmir Yolu Vağzalı ərazisində, sərnişin qatarında Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Nəcəfovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron götürülüb.

Əldə olunan əməliyyat məlumatı əsasında Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri təbirlərlə şəhər sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Məmmədovdan nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş tüfəng və 2 ədəd patron aşkarlanıb.

Bundan başqa, Balakən polisi tərəfindən şəhər sakini Çingiz Kantayevdən müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi götürülüb.

Aparılan profilaktiki tədbirlər nəticəsində Ağdam rayonunun Çəmənli kənd sakini Natiq Ağayev müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “İJ-16” markalı ov tüfəngini könüllü olaraq polisə təhvil verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR