Nazir müavini: "Azərbaycanda 100-ə yaxın İtaliya şirkəti fəaliyyət göstərir"

Nazir müavini: "Azərbaycanda 100-ə yaxın İtaliya şirkəti fəaliyyət göstərir"
# 18 iyul 2018 14:14 (UTC +04:00)

"İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır".

APA-Economics”in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bu gün keçirilən Azərbaycan-İtaliya dəyirmi masalarında çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda bir çox İtaliya şirkət uğurla fəaliyyət göstərir: “İtaliya Azərbaycana neft, qeyri-neft, rabitə-texnologiya, kənd təsərrüfatı sektorlarına investisiya yatırıb. Bu gün Azərbaycanda 100 yaxın İtaliya şirkəti fəaliyyət göstərir”.

Nazir müavini deyib ki, Azərbaycan da İtaliyaya bir çox sahələrdə investisiya yatırıb: "İnanıram ki, bu gün keçirilən dəyirmi masalar iki ölkənin iş adamları arasında əlaqələri daha da genişləndirəcək”.

R. Məmmədov deyib ki, iki ölkə arasında energetika sahəsində çox geniş əməkdaşlıq mövcuddur: "Azərbaycan indiyədək İtaliyaya 140 milyon dollar dəyərində investisiya yatırıb. İtaliya şirkətləri Azərbaycana bu zamana qədər 500 milyon dollar investisiya yatırıb. Hər iki ölkə iqtisadi əməkdaşlığı genişləndirməkdə maraqlıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR