“Aqrolizinq” bu gündən “AsanPay” ödəniş sisteminə inteqrasiya olunub

“Aqrolizinq” bu gündən “AsanPay” ödəniş sisteminə inteqrasiya olunub
# 01 avqust 2018 10:02 (UTC +04:00)

“Aqrolizinq” ASC bu gündən “AsanPay” ödəniş sisteminə inteqrasiya olunub.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, artıq şirkətin fəaliyyət növlərinə uyğun ödənişlərin ödənilməsi “AsanPay” ödəniş terminalı və elektron kartlar vasitələri ilə Asan Ödəniş sistemi üzərindən aparıla bilər.

Bunun üçün ödəyicilər asanpay.az saytında daxil olaraq Kredit/Lizinq bölməsində “Aqrolizinq” ASC bölməsini seçərək FİN kodunu yazmalı və öz şəxsiyyətini identifikasiya etməlidir. Daxil edilən məlumatlara uyğun sistemdən ödəyicinin öhdəliklərinə dair məlumatlar çağırılır və ödəniş edilməsi təklif olunur.

Bu gündən etibarən Asan Ödəniş sistemi ilə digər ödəniş sistemlərinin inteqrasiyası nəticəsində “E-manat”, “Milliön” , “Hesab.az” kimi ödəniş sistemlərindən və poçt məntəqələrindən ödəniş etmək mümkün olacaq.

“Aqrolizinq” ASC-nin “Asan Pay” sisteminə inteqrasiyasında əsas məqsəd vətəndaşlara lizinq xidmətlərinin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğunun artırılmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR