Lavrov və Pompeo arasında telefon danışığı olub

Lavrov və Pompeo arasında telefon danışığı olub
# 30 may 2018 18:30 (UTC +04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub.

APA-nın məlumatına görə, bu barədə Rusiya XİN-in mətbuat xidmətinin açıqlamasında bildirilir.

“Söhbət zamanı tərəflər ikitərəfli münasibətlər, Suriya böhranının nizamlanması üzrə səylər və Ukraynada münaqişənin həlli yollarını müzakirə ediblər. Tərəflər ABŞ-Rusiya arasında mövcud fikir ayrılıqlarının peşəkar dialoqla aradan qaldırılmasının zəruriliyinə dair razılığa gəliblər”, məlumatda deyilir.

Söhbət ABŞ tərəfinin təşəbbüsü ilə keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR