Şəmkirdə yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Şəmkirdə yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
# 08 dekabr 2017 15:41 (UTC +04:00)

Bakı-Qazax magistral avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, Şəmkir rayonunun Könüllü kəndi ərazisindən keçən hissəsində “Mercedes” markalı minik avtomobili şəkər çuğunduru ilə yüklü olan “Shacman” markalı yük avtomobili ilə toqquşub.

Nəticədə iki nəfərin xəsarət alıb. Onlar Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR