Göyçayda 42 yaşlı kişi özünü asıb

 Göyçayda 42 yaşlı kişi özünü asıb
# 31 iyul 2017 08:02 (UTC +04:00)

Göyçay rayonunda intihar hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 12:00 radələrində rayonun Qaraməryəm kəndində qeydə alınıb.

Kənd sakini, 1975-ci il təvəllüdlü Kərimov Yalçın Nağı oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR