ABŞ hakimiyyəti hazırda Nigerdən öz ordusunu çıxarmağı planlaşdırmır,.
APA xəbər verir ki, bunu brifinqdə Pentaqonun sözçüsü Patrik Rayder deyib.
Onun sözlərinə görə, Vaşinqton bununla bağlı müvafiq sorğular almayıb.
"Bizim gücümüz heç bir şəkildə dəyişmədi. Yenə də gücümüzü qorumağa və bu bazaların fəaliyyətini dəstəkləmək üçün Niger ordusu ilə əməkdaşlığa diqqət yetiririk", - deyə o bildirib.
Ryder, Amerika tərəfinin Nigerdə hələ də diplomatiyay üstünlük verdiyini diqqətə çatdırıb.
İtaliya tərəfi daha əvvəl ABŞ-nin Nigerdən 10 hərbçisini təxliyə etməsi barədə məlumat dərc etmişdi.
Ryder bu məsələyə cavabında deyib ki, "ABŞ əsgərlərinin bir qismi Nigeri "kiçik tibbi səbəblərə görə" tərk ediblər.
Pentaqonun sözçüsü əmin edib ki, bunun ölkədəki vəziyyətlə heç bir əlaqəsi yoxdur.