Pentaqon AMRAAM raketlərinin istehsalına təxminən 1,2 milyard dollar ayırıb

Pentaqon AMRAAM raketlərinin istehsalına təxminən 1,2 milyard dollar ayırıb
# 12 sentyabr 2024 05:59 (UTC +04:00)

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Raytheon şirkəti ilə Ukrayna da daxil olmaqla AMRAAM (Qabaqcıl orta mənzilli hava-hava raketi) tipli orta mənzilli təyyarə raketlərinin istehsalı üçün təxminən 1,2 milyard dollarlıq müqavilə bağlayıb.

APA xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Sənəddən məlum olduğu kimi, ümumi məbləği 1 195 985 081 ABŞ dolları olan müqavilə AMRAAM raketlərinin və müvafiq avadanlıqların sonradan Bəhreyn, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, İtaliya, Kanada, Norveç, Ukrayna, Finlandiya, İsveçrə və Yaponiyaya təhvil verilməsini nəzərdə tutur.

Müqavilə üzrə işlər 31 dekabr 2028-ci il tarixinədək başa çatdırılmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR