ABŞ məxfi sənədləri sızdıran mənbəyini tapmaq üçün hər cür addım atacaq.
APA xəbər verir ki, bu barədə “Reuters” Pentaqonun rəhbərinə istinadən məlumat verir.
ABŞ müdafiə naziri Lloyd Ostin sızmanın mənbəyini tapana qədər axtarışların aparılacağını vurğulayıb.
Eyni zamanda, ABŞ Müdafiə Nazirliyinin rəhbəri istintaqın davam etdiyi müddətdə bu mövzu ilə bağlı “spekulyasiya” etməyəcəyini bildirib.
Qeyd edək ki, söhbət aprelin 6-da və 8-də baş verən Pentaqonun iki böyük məxfi sənədinin bir anda sızmasından gedir. Sənədlərdə Ukrayna ordusunun hazırkı vəziyyəti, ABŞ və NATO-nun Ukrayna Silahlı Qüvvələrinin mövqelərini gücləndirmək planları barədə məlumatlar yer alır.