Bank Of Baku

Pentaqon raket buraxılışlarını aşkar etmək üçün orbitə peyklər qaldırıb

Pentaqon raket buraxılışlarını aşkar etmək üçün orbitə peyklər qaldırıb
# 03 aprel 2023 05:06 (UTC +04:00)

“SpaceX” şirkəti raket buraxılışlarını izləmək üçün 10 peyki olan daşıyıcı raketin buraxılışını həyata keçirib.

APA-nın məlumatına görə, bu barədə Pentaqonun Kosmik İnkişaf Agentliyinin (ACR) bəyanatında deyilir.

Bildirilir ki, buraxılış əvvəlcə martın 30-na planlaşdırılsa da, texniki səbəblərə görə təxirə salınıb. Nəticədə “Falcon 9” reaktiv daşıyıcısı Vandenberq Hərbi Hava Qüvvələri bazasından (Kaliforniya) yerli vaxtla saat 07:29-da (Bakı vaxtı ilə 18:29) buraxılıb.

Qeyd olunur ki, ABŞ ordusunun raket buraxılışlarını izləmək üçün yaratdığı peyklər qrupuna daxil ediləcək ilk 10 aqreqat Yer kürəsinin aşağı orbitinə çıxarılıb. Bu peyklərin sayı 28-ə çatdırılacaq.

Peyklər planetdən 1000 km məsafədə yerləşəcək və Pentaqonun maraqlarına uyğun işləyəcək: onlar raket buraxılışlarını izləyəcək, rabitəni təmin edəcək və hədəf təyini üçün məlumatları ötürəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR