ABŞ Müdafiə Nazirliyi Nigerdəki hərbi çevrilişdə “Vaqner” özəl hərbi şirkətinin iştirakını göstərən heç bir şey görmür.
APA-nın xəbərinə görə, bunu Pentaqonun sözçüsü Patrik Rayder jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
"Bizdə olan məlumatlara əsasən, “Vaqner”in bu işdə hər hansı rol oynadığına dair heç bir əlamət görmürük” – Rayder bildirib.