Bank Of Baku

Pentaqonun sənədlərinin sızması ilə bağlı Ağ Evin heç bir versiyası yoxdur

Pentaqonun sənədlərinin sızması ilə bağlı Ağ Evin heç bir versiyası yoxdur
# 11 aprel 2023 00:44 (UTC +04:00)

ABŞ səlahiyyətliləri hələ ki, məxfi sənədlərin necə sızması ilə bağlı yekdil fikrə gəlməyiblər.

APA-nın məlumatına görə, bu barədə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

İnternetə daxil olan bəzi sənədlərin redaktə edildiyini vurğulayarkən Kirbi "biz hələ işlək bir nəzəriyyəyə gəlməmişik" deyib.

Söhbət aprelin 6-da və 8-də baş verən Pentaqonun iki böyük məxfi sənədinin bir anda sızmasından gedir. Sənədlərdə Ukrayna ordusunun hazırkı vəziyyəti, ABŞ və NATO-nun Ukrayna Silahlı Qüvvələrinin mövqelərini gücləndirmək planları barədə məlumatlar yer alır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR