ABŞ Müdafiə Nazirliyi tezliklə Ukrayna hərbçilərinə “M1A1 Abrams” tanklarından döyüşlərdə istifadə etmək üçün təlimlərə başlayacaq.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun yüksək rütbəli nümayəndəsi bildirib.
Pentaqonun sözçüsü bildirib ki, nazirlik lazımi avadanlığın əldə edilməsi üçün işləri davam etdirdiyinə görə hazırlıqlar hələ başlamayıb. Ukrayna Silahlı Qüvvələrinin təliminə yaxın vaxtlarda başlanacağı gözlənilir.