Bank Of Baku

Peru Konqresi Meksika Prezidentini “persona non qrata” elan edib

Peru Konqresi Meksika Prezidentini “persona non qrata” elan edib
# 23 may 2023 10:23 (UTC +04:00)

Peru Konqresinin (Parlamentinin) Xarici Əlaqələr Komissiyası Meksika Prezidenti Andres Manuel Lopez Obradorun Peru hakimiyyətini tənqid etdiyinə görə, onu “persona non qrata” elan edib.

APA xəbər verir ki, bununla bağlı səsvermə keçirilib.

“11 səs lehinə olmaqla Beynəlxalq Əlaqələr Komissiyası Meksika Prezidenti Andres Lopez Obradorun bəyanatlarını pisləyən və onu “persona non qrata” elan edən qətnaməni təsdiqləyib", - parlamentin Twitter səhifəsində deyilir.

İndi təşəbbüsə Konqresin plenar iclasında baxılmalıdır. Bu ilin fevralında Peru parlamenti Kolumbiya Prezidenti Qustavo Petronu da “persona non qrata” elan edib.

Bundan əvvəl, Meksika lideri Peru Prezidenti Dina Boluarteni “qəsbkar” adlandırıb və bir daha bəyan edib ki, Mexiko Sakit Okean Alyansına sədrliyi Limaya ötürməyəcək. Meksika liderinin sözlərinə görə, keçmiş dövlət başçısı Pedro Kastilyo ədalətsiz olaraq vəzifəsindən uzaqlaşdırıldığı üçün Boluarte hakimiyyətə qanunsuz gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR