Bank Of Baku

Peruda avtobus dərəyə aşıb, 12 nəfər ölüb

Peruda avtobus dərəyə aşıb, 12 nəfər ölüb
# 19 iyul 2023 12:14 (UTC +04:00)

Perunun ucqar bölgəsində avtobusun dərəyə aşması nəticəsində ən azı 12 nəfər ölüb, 15-dən çox adam yaralanıb.

APA AFP-yə istinadən xəbər verir ki, bu barədə Fitzkarrald əyalətinin meri Karlos Oyola RPP radiosuna bildirib.

"12 ölü və 15-dən çox yaralı var. Biz polis və səhiyyə işçiləri ilə birgə hələ də hadisə yerində işləyirik", - o deyib.

Qəza iyulun 18-də axşam saatlarında baş verib.

Yauyadan paytaxt Limaya gedən avtobus Ankaş bölgəsində 100 metrlik uçuruma yuvarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR