Ölkənin mərkəzi hissəsində törədilən terror aktı nəticəsində 4 Peru əsgəri həlak olub.
APA-nın xəbərinə görə, bu barədə ölkənin silahlı qüvvələri məlumat yayıb.
“Bu gün səhər, sentyabrın 4-də Apurimak, Ene və Mantaro çaylarının vadisində fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının patrulu Huanta əyalətinin Putis qraflığında terrorçu dəstəsi ilə qarşılaşıb”, - deyə məlumatda bildirilir.
Silahlı qüvvələrin məlumatına görə, toqquşma zamanı iki yaraqlı öldürülüb. "Təəssüf ki, silahlı qüvvələrin 4 əməkdaşı nəticədə həlak olub", - məlumatda deyilir.