Xaçmazda bir yaşlı uşaq yıxılaraq ölüb

Xaçmazda bir yaşlı uşaq yıxılaraq ölüb
# 28 iyul 2017 09:14 (UTC +04:00)

Xaçmaz rayonunda bədbəxt hadisə qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhər sakini, 2016-cı il təvəllüdlü Ağayev Nurlan Yavər oğlu yaşadığı evdə stuldan yıxılıb. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan azyaşlıya qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlərin müdaxiləsinə baxmayaraq uşağı xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR