SOCAR qaz hasilatını 17%-ə yaxın azaldıb

SOCAR qaz hasilatını 17%-ə yaxın azaldıb
# 21 oktyabr 2016 15:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin sentyabr ayında SOCAR tərəfindən 481,8 min kubmetr qaz hasil edilib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 16,96% azdır.


"APA-Economics" SOCAR-ın açıqladığı statistik rəqəmlərə istinadən xəbər verir ki, bu ilin avqust ayı ilə müqayisədə isə dövlət şirkəti hasilatı 9,38% azaldıb.

Bu ilin yanvar-sentyabr aylarında SOCAR tərəfindən həyata keçirilən təbii qaz hasilatı 4 mln. 706,5 min kubmetrə bərabər olub ki, bu da 2015-ci ilin analoji dövrü ilə müqayisədə 8,8% azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 543,1 min, fevralda 504,4 min, martda 547,8 min, apreldə 519,2 min, mayda 535,6 min, iyunda 512 min, iyulda 530,9 min, avqustda 531,7 min kubmetr təbii qaz hasil edilib.

Bu ilin sentyabr ayında bütün ölkə üzrə 2 mln. 311,9 min kubmetr qaz hasil edilib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 9,55% azdır. Bu ilin avqust ayı ilə müqayisədə isə bu rəqəm 7,37% azdır.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 22 mln. 288,8 min kubmetr təbii qaz hasil olunub ki, bu da 2015-ci ilin 9 ayı ilə müqayisədə 3,44% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 2 mln. 520 min, fevral ayında 2 mln. 368 min, mart ayında 2 mln. 583 min, aprel ayında 2 mln. 474,9 min kubmetr, may ayında da 2 mln. 520,1, iyun ayında 2 mln. 472 min, iyul ayında 2 mln. 496 min, avqust ayında 2 mln. 496 min kubmetr təbii qaz hasil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR