Əli Həsənov yanğın nəticəsində 4 məcburi köçkünün həlak olduğu bina ilə bağlı tapşırıq verib

Əli Həsənov yanğın nəticəsində 4 məcburi köçkünün həlak olduğu bina ilə bağlı tapşırıq verib
# 29 noyabr 2016 14:08 (UTC +04:00)

Özəl şirkətə orada yaşayan məcburi köçkün ailələrinin müvəqqəti olaraq kirayə mənzillərə köçürülməsi, yeni binada mənzillər verilməsi təklif olunacaq

Noyabrın 29-da gecə saatlarında Bakı şəhərinin Nizami rayonu ərazisindəki Elşən Süleymanov küçəsində 21 məcburi köçkün ailəsinin məskunlaşdığı, tikintisi yarımçıq qalmış binada yanğın olub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, hadisə nəticəsində Füzuli rayonunun Mirzənağılı kənd sakinləri Babaşov Seymur Əkbər oğlu, həyat yoldaşı Babaşova Cəvahir Əlövsət qızı, Fərhad və Elşad həlak olub.

Digər iki məcburi köçkün ailəsinin mənzilinə ziyan dəyib. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov yanğının baş verdiyi əraziyə gəlib, hadisənin fəsadlarının dərhal aradan qaldırılması üçün konkret tapşırıqlar verib. Ərazidə olan məcburi köçkünlərin müraciətlərini cavablandıran Ə. Həsənov bildirib ki, yanğın nəticəsində ailələrə dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcək. Məcburi köçkünlərin məskunlaşdığı həmin ərazi özəl şirkətlərin biri tərəfindən alınıb. Nizami Rayon İcra Hakimiyyəti tərəfindən həmin şirkətlə danışıqlar aparılacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Sabunçu rayonu ərazisində həyata keçirilmiş pilot layihənin bu ərazidə də tətbiq edilməsi məsələsinə baxılacaq. Şirkətə orada yaşayan məcburi köçkün ailələrinin müvəqqəti olaraq kirayə mənzillərə köçürülməsi, çoxmənzilli yaşayış binası tikildikdən sonra onlara yeni binada mənzillər verilməsi təklif olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR