"Azəravtoyol" sürücülərə xəbərdarlıq edib

"Azəravtoyol" sürücülərə xəbərdarlıq edib
# 18 oktyabr 2017 07:32 (UTC +04:00)

"Azəravtoyol" ASC tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol-cizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir.


ASC-dən "APA-Economics"ə verilən məlumata görə, bu gün saat 10:00-dan etibarən Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 11-71-ci kilometrlik hissəsində (hər iki istiqamət) üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq.

Adıçəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq sürücülərdən sözügedən ərazidə diqqətli olmaları xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR