Murad Mərcan: “Hər kəs öz enerji mənbələrini Türkiyə ilə bölüşə bildiyi qədər bölüşsün” - MÜSAHİBƏ

Murad Mərcan: “Hər kəs öz enerji mənbələrini Türkiyə ilə bölüşə bildiyi qədər bölüşsün” - <span style="color: red;">MÜSAHİBƏ
# 11 oktyabr 2016 12:28 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Dünya Enerji Şurası Türkiyə milli komitəsinin başqanı, enerji və təbii ehtiyatlar nazirinin müavini Murad Mərcanın APA-ya müsahibəsi

- Həm nazir müavini, həm də Türkiyə Dünya Enerji Şurasının milli komitə başqanı kimi bu günlərdə Türkiyədə cərəyan edən proseslər barədə nə demək istərdiniz?

- Bu beynəlxalq toplantının Türkiyədə keçirilməsindən çox məmnunuq. Bundan əlavə, hörmətli Əliyevi və Azərbaycandan yüksək səviyyəli səlahiyyətli nümayəndələri burada qonaq etməkdən böyük məmnuniyyət duyduq. Allah onlardan razı olsun. Hörmətli Əliyev özü dedi ki, biz Türkiyəyə çox önəm veririk, Azərbaycan neftinin və qazının dünyaya satılması üçün Türkiyə bizə çox lazımdır. Bu hadisə qardaşlığımızı pərçimləmiş oldu. Prezident Əliyev Türkiyəyə investisiyaların davam edəcəyini açıqladı.

- Vladimir Putin rəqəmlər verərək dedi ki, önümüzdəki dönəmdə neftə ehtiyac 26%, qaza 25%, kömürə 24% olacaq, yəni dünyanın enerji mənbələrinə ehtiyacı dəyişməyəcək.

- Bəli, o cür olacaq.

- “Türk axını” layihəsinin birinci fazası ilə bağlı saziş imzalandı. Bunu necə dəyərləndirirsiniz?

- Bunlar çox uzun möhlətli layihələrdir. Xoş niyyətlə çalışılır, həyata keçmələri üçün çalışılır. Ancaq o layihələr nə vaxt reallaşacaq, necə həyata keçəcək, bunların hamısını birlikdə görəcəyik.

- Rusiya və Azərbaycanla imzalanan və həyata keçirilməkdə olan enerji layihələri Türkiyənin Orta Şərqdəki hal-hazırkı geostrateji mövqeyini nə dərəcədə gücləndirəcək? Sizcə, bu müqavilələr Rusiyanın Orta Şərqdə Türkiyəsiz addım atmayacağı mənasına gəlirmi?

- Baxın, bir söz deyəcəyəm. Bunları demək gözəldir, ancaq sabah şərtlər dəyişər və ortaya bambaşqa durumlar çıxa bilər. Bu məsələlərə dair mən qəti şərhlər vermək istəmirəm. Bundan 2-3 ay əvvəl Türkiyə-Rusiya münasibətləri çox gərgin idi, bu gün bu durumdadır, sabah bambaşqa bir şey ola bilər. Ancaq ümumi bir cərəyan var ki, o da bundan ibarətdir: hər ölkə Türkiyə ilə nə qədər əməkdaşlıq edə bilirsə, o qədər etsin. Hər kəs öz enerji mənbələrini Türkiyə ilə nə qədər bölüşə bilirsə, o qədər bölüşsün. Məncə, proseslərə bu cür baxmaq lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR