Bank Of Baku

Polis Kapitoliyə basqın xəbərləri ilə bağlı açıqlama verib - YENİLƏNİB

Polis Kapitoliyə basqın xəbərləri ilə bağlı açıqlama verib - YENİLƏNİB
# 03 avqust 2023 00:54 (UTC +04:00)

Kapitoli polisi Senatın binasında silahlı şəxsin olması barədə məlumatla axtarışlar aparır.

APA xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Polis qeyd edib ki, hələlik binada atəş səsləri eşidlmir.

Vaşinqton Polis Departamentinin sözçüsü Hyu Karu jurnalistlərə bildirib ki, ABŞ Konqresinin binası kompleksində silahlı şəxsin olması ilə bağlı xəbərlər yəqin ki, yalandır, həmin şəxsi tapmaq mümkün olmayıb və itki yoxdur. İçəridə silahlı şəxsin olması ilə bağlı zəng yəqin yalandır.", - o bildirib.

NBC telekanalının məlumatına görə, təhlükəsizlik qüvvələri ABŞ Senatının binasını mühasirəyə alıb və təxliyyə həyata keçirilib.

***

02.08.2023

Saat 23:32

Kapitoliyə silahlılar basqın edib.

APA Reuters-ə istinadən xəbər verir ki, polisi içəridə silahlının olması ilə bağlı məlumat yayıb.

Kapitol polisi içəridə olanları gizlənməyə çağırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR