Azərbaycanın tanınmış futbolçusu Moldovada həbs edilib

Azərbaycanın tanınmış futbolçusu Moldovada həbs edilib
# 15 may 2018 11:04 (UTC +04:00)

Moldovada iki Azərbaycan vətəndaşı həbs edilib.

APA-nın “CrimeMoldova” agentliyinə istinadən verdiyi xəbərə görə, həbs edilən şəxslərdən birinin Azərbaycan futbol millisinin sabiq futbolçusu, "Lokomotiv" (Biləcəri) futbol komandasının oyunçusu olmuş 24 yaşlı Haqverdi Yusifov olduğu ortaya çıxıb.

H. Yusifov tanışı ilə birlikdə Xarkovda iki adamı güllələyərək öldürməkldə ittiham edilir.

Hadisə martın 30-da Xarkovun mərkəzindəki restoranlardan birinin yaxınlığında baş verib. Nəticədə Azərbaycan əsilli şəxs ölüb, əvvəllər ölkəsində qətl törətdiyinə görə məhkum edilmiş Gürcüstan vətəndaşı isə xəsarət alıb.

Cinayəti törətmiş şəxslərin Lotu Qulinin (Nadir Səlifov)un adamları olduğu deyilir. Onlar Ukraynaya təhvil veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR