“AzNar” və şirkətə məxsus 2 MMC yenidən təşkil olunacaq

“AzNar” və şirkətə məxsus 2 MMC yenidən təşkil olunacaq
# 05 iyun 2018 06:43 (UTC +04:00)

İyulun 6-da Teymur Əhmədov adına “AzNar” QSC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, iclasda “AzNar”ın 2017-ci ilin nəticələrinə görə dividendlərin elan edilməsi və verilməsi, QSC-nin təsisçiliyi ilə yaradılmış “Kənd” MMC-nin və “Aznaraqro” MMC-nin, eləcə də Teymur Əhmədov adına “AzNar” QSC-nin yenidən təşkil edilməsi və bununla bağlı qanunamüvafiq tədbirlərin həyata keçirilməsi, Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi məsələlərinə baxılacaq.

Cəmiyyətin bütün səhmdarları növbədənkənar ümumi yığıncağın çağırılmasına 15 gün qalmış gündəliyə daxil edilən bütün məsələlər üzrə müvafiq materiallarla Teymur Əhmədov adına “AzNar” QSC-nin inzibati binasında tanış ola bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR