Bakıda Firəngiz Əlizadənin yaradıcılığına həsr edilmiş tədbir keçirilib

Bakıda Firəngiz Əlizadənin yaradıcılığına həsr edilmiş tədbir keçirilib
# 19 oktyabr 2017 09:12 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin yaradıcılığına həsr edilmiş tədbir keçirilib.

APA-nın məlumatına görə, akademik İsa Həbibbəyli Firəngiz Əlizadənin yaradıcılığından danışıb, onu novator bəstəkar, məhsuldar elm xadimi adlandırıb.

İ. Həbibbəyli bildirib ki, F. Əlizadənin musiqi sahəsindəki tədqiqatları mədəni xəzinəmizə qiymətli əsərlər qazandırıb: "Firəngiz xanım istər bəstəkar, istər alim kimi hər zaman öz sənətində yeniliklər edib, Azərbaycan musiqisini dünyada layiqincə təmsil edib. O, zəngin əsərlər yaradan böyük bəstəkar, pedaqoq, ictimai xadimdir. Azərbaycan dövləti Firəngiz Əlizadənin xidmətlərini hər zaman yüksək qiymətləndirib, onu fəxri adlarla təltif edib. İnanıram ki, Firəngiz xanım bundan sonra da öz əsərləri ilə bizi sevindirəcək, musiqi xəzinəmizi zənginləşdirəcək".

Tədbirdə professorlar Həcər Babayeva, Cəmilə Həsənova və Kamilə Dadaşzadə Firəngiz Əlizadənin yaradıcılığı haqqında məruzələrlə çıxış edib, bəstəkarın əsərləri səslənib. Məruzələrdə musiqiçinin yaradıcılığının əsas istiqamətləri, bədii məzmun və musiqi dilinin bir-biri ilə vəhdət təşkil etdiyi operaları haqqında danışılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR