Azad Rəhimov Qubada vətəndaşları qəbul edəcək

Azad Rəhimov Qubada vətəndaşları qəbul edəcək
# 17 iyul 2015 11:18 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Gənclər və idman naziri Azad Rəhimov iyulun 21-də Quba rayonunda vətəndaşları qəbul edəcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz, rayonlarının sakinləri iştirak edəcək.

Qəbul saat 11-də Quba şəhəri Heydər Əliyev Mərkəzində başlanacaq.

Qəbul üçün vətəndaşların qeydiyyatı iyulun 20-dək, saat 09-dan 18-dək aparılacaq.

Xatırladaq ki, qəbula gəlmək istəyən vətəndaşlar Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR