2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda informasiya və rabitə sahəsində 1,304 mlrd. manat dəyərində xidmətlər göstərilib.
"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,9% çoxdur və xidmətlərin 74,7% əhali tərəfindən istehlak olunub.
Qeyd edək ki, xidmətlərdən əldə edilən gəlirin 42,3%-i və ya 552,2 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.