“Neftçi”nin futbolçusu məşqçisini söyüb

“Neftçi”nin futbolçusu məşqçisini söyüb
# 04 aprel 2017 10:42 (UTC +04:00)

“Neftçi”nin futbolçusu Tural Osmanov cəzalanıb. Apasport.az saytının məlumatına görə, buna klubun U-19 komandasının üzvünün baş məşqçisini təhqir etməsi səbəb olub.

Bu hadisə U-19 Liqasında keçirilən “İnter” – “Neftçi” matçında yaşanıb. O, çalışdırıcısını təhqir etdiyinə görə meydandan kənarlaşdırılıb. AFFA-nın bu gün keçirilən İntizam Komitəsi Turala 4 oyunluq cəza verib.

U-19 Liqasının AZAL – “Sumqayıt” matçında qonaqların oyunçusu Vüsal Buludlu hakimi təhqir edib ki, bu üzdən də 3 oyun cəzalanır.

“Səbail”lə matçda texniki zona qaydalarını pozan “Zirə”nin baş məşqçisi Aqil Nəbiyev 1 turluq kənarlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR