BEGOC Heydər Əliyev prospektindəki qəza ilə bağlı açıqlama yayacaq

BEGOC Heydər Əliyev prospektindəki qəza ilə bağlı açıqlama yayacaq
# 24 iyun 2015 08:12 (UTC +04:00)

Bakı. Mәlahәt Nәcәfova - APA. “Mәn Heydәr Әliyev prospektindә baş verәn qәzadan xәbәrdaram vә onun tәfәrrüatları araşdırılır". APA-nın mәlumatına görә, bunu Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq deyib. O, hadisə ilə əlaqədar gün әrzindә bәyanat hazırlanacağını söyləyib.


S. Kleq ötәn gün 12 növ yarışı 17 mindәn çox tamaşaçının izlәdiyini qeyd edib: “Dünәn 1500 idmançı vә rәsmi şәxs Bakını tәrk edib. Bu gün 7 idman növü üzrә yarışlar keçirilәcәk. Üzgüçülük vә qılıncoynatmada medallar qazanılacaq. Yarışları 22 min tamaşaçının izlәmәsini gözlәyirik".

S. Kleqin sözlәrinә görә, tәşkilat komitәsi bütün iştirakçılara xatirә medalı tәqdim edib: “Bu, iştirakçılar üçün dәyәrli hәdiyyәdir. Ancaq әn әsas xatirә ilk Avropa Oyunlarında iştirak vә Bakı haqqında tәәssüratdır”.

Oyunları işıqlandırmaq üçün ümumәn 1288 media nümayәndәsi akkreditasiyadan keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR