Lənkəranda hamamda halı pisləşən 61 yaşlı kişi xəstəxanada ölüb

Lənkəranda hamamda halı pisləşən 61 yaşlı  kişi xəstəxanada ölüb
# 24 iyul 2017 21:50 (UTC +04:00)

Lənkəranda hamamda halı pisləşən 61 yaşlı kişi xəstəxanada ölüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəranın Sütəmordov kəndində qeydə alınıb.

Kənd sakini, 1956-cı il təvəllüdlü Marif Kamal oğlu Quliyev hamamda çimərkən qəfil halı pisləşib. O, dərhal yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, M.Quliyevin həyatını xilas etmək mümkün olmayıb. Yaxınlarının sözlərinə görə, həyatını itirən kişi ürək çatışmamazlığından əziyyət çəkirmiş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR