BMT-nin Baş katibi Antoniu Quterreş sabah Vaşinqtona səfər edəcək.
APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Səfər zamanı ABŞ dövlət katibi Entoni Blinkenlə Ukraynadakı vəziyyət müzakirə ediləcək.
BMT-nin rəsmi nümayəndəsi Stefan Düjarrik bu səfərin əvvəlcədən planlaşdırıldığını və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Nyu-Yorkda keçirilən danışıqlarla bağlı olmadığını bildirib.