Musiqili Teatr Fəcr Beynəlxalq Teatr Festivalında iştirak edəcək

Musiqili Teatr Fəcr Beynəlxalq Teatr Festivalında iştirak edəcək
# 29 dekabr 2016 09:40 (UTC +04:00)

Azərbaycan Dövlət Musiqili Teatrı İran İslam Respublikasında keçiriləcək 35-ci Fəcr Beynəlxalq Teatr Festivalına dəvət olunub. Teatrının mətbuat katibi Samir Sədaqətoğlunun APA-ya verdiyi məlumata görə, festival Təbriz şəhərində baş tutacaq.

Teatrın kollektivi bu münasibətlə yanvarın 13-dən 18-dək Təbrizdə səfərdə olacaq. Festivalda Üzeyir Hacıbəylinin “Ər və arvad” iki hissəli musiqili komediyası nümayiş olunacaq.

Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı əməkdar rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, xormeysteri əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Fidan Babayeva, rejissor assistentləri Elməddin Dadaşov və Tamilla Aslanovadır.

Rolları xalq artisti İlham Namiq Kamal, əməkdar artistlər Nahidə Orucova, Ələkbər Əliyev, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Ağaxan Şərifov, Hüseyn Əlili və Əliməmməd Novruzov ifa edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR