Bank Of Baku

Rəcəb Tayyib Ərdoğan İsrailin Baş nazirini qəbul edib

Rəcəb Tayyib Ərdoğan İsrailin Baş nazirini qəbul edib
# 20 sentyabr 2023 02:09 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Benyamin Netanyahunu Nyu Yorkdakı “Türk evi”ndə qəbul edib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Beynəlxalq və regional məsələlərin müzakirə edildiyi görüşdə iki ölkə arasında siyasi və iqtisadi əlaqələr və İsrail-Fələstin münaqişəsi ilə bağlı son hadisələr müzakirə edilib.

Prezident Ərdoğan Türkiyənin İsrail ilə enerji, texnologiya, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində ortaq işlər görə biləcəyini, sülhün hökm sürdüyü bir dünya üçün hamının birlikdə çalışması lazım olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR