ABŞ-nin Cənubi Karolina ştatından olan respublikaçı senator Tim Skott prezidentlik postu uğurunda mübarizəyə qatılmayacaq.
APA xəbər verir ki, bu barədə siyasətçi "Fox News"a müsahibəsində bildirib.
May ayında yarışa qatılan Skott "mən bu gündən etibarən prezidentlik kampaniyamı dayandırmaq qərarına gəldim" açıqlamasını verib.
ABŞ-də növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.
Keçmiş dövlət başçısı respublikaçı Donald Tramp 2022-ci ilin noyabrında bu vəzifə uğrunda mübarizəyə başlayıb.
Noyabrın 5-də “The New York Times” qəzeti yazıb ki, Tramp altı ştatdan beşində hazırkı həmkarı Co Baydeni qabaqlayıb.