Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Pentaqon rəhbəri Lloyd Ostinlə telefon danışığı aparıb.
APA xəbər verir ki, bu barədə nazir özünün “Twitter” səhifəsində məlumat yayıb.
Tərəflər Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu müzakirə ediblər.
Tərəflər Ukraynanın müdafiə qüvvələrinin gücləndirilməsi üzrə növbəti addımları da müzakirə edib.
Bundan əlavə, onlar Rusiyada üsyan cəhdini müzakirə ediblər.