Bank Of Baku

Ruben Rubinyan Blinkenin köməkçisi ilə Ermənistan-Türkiyə münasibətlərini müzakirə edib

Ruben Rubinyan Blinkenin köməkçisi ilə Ermənistan-Türkiyə münasibətlərini müzakirə edib
# 17 aprel 2023 22:40 (UTC +04:00)

Ermənistan parlamentinin sədr müavini, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan ABŞ dövlət katibinin müavini Erika Olsonla görüşüb.
APA xəbər verir ki, bu barədə Ermənistan Parlamenti məlumat yayıb.
Rubinyan regiondakı mövcud vəziyyət barədə ABŞ dövlət katibinin müavininə məlumat verib və Ermənistan-Türkiyə münasibətlərinin qurulması məsələsinə toxunub.
Erika Olson ABŞ-ın nizamlanma prosesini dəstəklədiyini bildirib.
Tərəflər həmçinin Türkiyə ilə Ermənistan arasında quru sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması haqqında sazişinin tezliklə reallaşdırılmasının vacibliyini vurğulayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR