Bank Of Baku

Rubio: İranla razılaşma əldə etmək zaman və gərgin iş tələb edəcək

ABŞ dövlət katibi Marko Rubio

© APA | ABŞ dövlət katibi Marko Rubio

# 23 sentyabr 2026 18:43 (UTC +04:00)

İranla razılaşma əldə etmək zaman və gərgin iş tələb edəcək

APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Nyu-Yorkda mətbuata açıqlamasında bildirib.

O qeyd edib ki, İranla razılaşma əldə etmək zaman tələb edən səylər və danışıqlar prosesi deməkdir. Rubio eyni zamanda ABŞ Prezidenti Donald Trampın ixtiyarında hərbi seçim imkanının da olduğunu vurğulayıb.

“Düşünürəm ki, iranlılar belə bir xəyala qapılıblar ki, guya noyabrda Demokratlar qalib gələcək və Tramp artıq onlara qarşı heç nə edə bilməyəcək. Sadəcə, hesab etmirəm ki, onlar bizim sistemimizi yaxşı başa düşürlər”, – Rubio bildirib.

ABŞ dövlət katibi İranla istənilən sazişin “müəyyən müddət ərzində gərgin iş” tələb edəcəyini qeyd edib. O, həmçinin Vaşinqtonun gəmiçiliyi müdafiə etməyə və Hörmüz boğazını açıq saxlamağa davam edəcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR