“Invest-AZ İnvestisiya Şirkəti” QSC media nümayəndələrinin iştirakı ilə keçirdiyi tədbirdə InvestAZ PRO tətbiqinə həsr olunmuş yeni kampaniya filmini təqdim etdi. Tədbir zamanı qonaqlara kampaniyanın kreativ ideyası və əsas mesajı təqdim olundu, daha sonra filmin ilk nümayişi keçirildi.
Filmdə karate üzrə beşqat dünya çempionu və Olimpiya mükafatçısı Rafael Ağayev, Everest zirvəsini fəth edən alpinist Vəfa Musayeva və tamblinq gimnastikası üzrə ikiqat dünya çempionu Tofiq Əliyev yer alırlar.
Üç fərqli idman sahəsini təmsil edən bu simaları birləşdirən yalnız qazandıqları nəticələr deyil, uğura gedən yolda keçdikləri görünməz mərhələlərdir. Bu yol məqsədi dəqiq müəyyənləşdirmək, riski qiymətləndirmək, strategiya qurmaq və doğru anda hərəkətə keçməkdən ibarətdir.
Zirvəyə aparan hazırlıq, tatamidə bir anda verilən qərar və tamblinqdə səhvə yer verməyən dəqiqlik filmdə vahid fikrə çevrilir: nəzarət hər zaman nəticədən əvvəl başlayır.
Üç uğur hekayəsi - bir qərarvermə sistemi.
“Nəzarət səndədir” kampaniyası hər üç qəhrəmanın real həyatda tətbiq etdiyi düşüncə və qərarvermə sistemini investisiya dünyasına daşıyır. Vəfa Musayevanın riskləri əvvəlcədən hesablaması, Rafael Ağayevin doğru anı seçmək bacarığı və Tofiq Əliyevin ən mürəkkəb elementi belə dəqiqliklə icra etməsi ortaq bir prinsipə bağlanır: potensial yalnız onu idarə edə bildikdə nəticəyə çevrilir.
Bu film üç fərqli dünyanı vahid ritmdə birləşdirərək “InvestAZ PRO APP”in əsas məhsul vədini önə çıxarır: bazarın izlənməsindən əməliyyatların icrasına, hesab və vəsaitlərin idarə olunmasına qədər bütün prosesi bir platformadan nəzarətdə saxlamaq.
Müxtəlif maliyyə bazarları - bir hesab, tam nəzarət.
InvestAZ PRO App istifadəçilərə müxtəlif maliyyə bazarlarına çıxış əldə etmək, qiymət dəyişikliklərini real vaxtda izləmək, seçilmiş alətlər siyahısı yaratmaq, bazar və gözləmə əmrləri yerləşdirmək, həmçinin əməliyyat tarixçəsinə baxmaq imkanı verir.
İstifadəçilər çoxçeşidli maliyyə alətləri üzrə ticarət əməliyyatlarını, mədaxil-məxaric, hesablararası köçürmələri və balanslarını vahid platformadan idarə edə bilirlər.
Tətbiqdən qeydiyyatsız qonaq rejimində istifadə etmək və real vəsait olmadan strategiyaları sınaqdan keçirmək üçün demo hesab açmaq da mümkündür.
Hər kəs Pro ola bilər, bunun üçün potensialını kəşf etməli, nəzarəti əlinə almalısan.
Kampaniya investisiyanı təsadüfi seçimlər deyil, məlumat, hazırlıq və intizam tələb edən proses kimi təqdim edir. Burada “pro” anlayışı təcrübə səviyyəsindən daha çox qərarlara yanaşma tərzini ifadə edir.
InvestAZ PRO tətbiqini App Store və Google Play-dən yükləmək mümkündür.
InvestAZ haqqında
“Invest-AZ İnvestisiya Şirkəti” QSC (Lisenziya №:087986) Azərbaycanda investisiya xidmətləri göstərən lisenziyalı investisiya şirkətidir. Şirkət müxtəlif səviyyələr üzrə təcrübəyə malik müştərilərinə əlverişli qiymətlər, keyfiyyətli icra mühiti, analitik məlumatlar və peşəkar dəstək təqdim edir.